Rövşən Lənkəranskinin “sağ əli” tutuldu (FOTOLAR)


22:20     08 Oktyabr 2015 rovsen.jpg


Rusiya Daxili İşlər Nazirliyi Moskvada azərbaycanlı qanuni oğrunu ələ keçirib.

Femida.az xəbər verir ki, bu barədə Rusiya mətbuatına Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Yelena Alekseyeva məlumat verib. Onun sözlərinə görə, əməliyyat zamanı ələ keçirilən şəxs azərbaycanlı qanuni oğru Zaur Naxçıvanski ləqəbli Zaur Şipilovdur.




Qanuni oğrunun üzərində narkotik maddə götürülüb. Ona qarşı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işi açılıb. Qeyd edək ki, Zaur Naxçıvanski Rövşən Lənkəranskiyə yaxınlığı ilə seçilir. Hətta bəzi mənbələr Naxçıvanskini Rövşən Lənkəranskinin taclandırdığını bildirirlər.



Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 9245