General: Gömrükdə “şirinlik” məsələsi tam yığışdırılmayıb


11:50     25 Sentyabr 2018 2018/09/42494623_239738236693867_7503410155053121536_n_1537862359.png

“Ucqar bir kənddə 90 yaşlı bir nənəyə “İphad” gəlirsə, əlbəttə, bu, şübhə doğuran məqamdır”.



Femida.az xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev elektron ticarət sahəsində aparılan islahatlar barədə danışarkən deyib. Gömrük İslahatları və Modernləşdirmə mövzusunda təlimdə çxış edən sədr müavini son 2 ildə elektron ticarət sahəsində Gömrük rüsumlarının 20 dəfə artdığını qeyd edib:

“Son illərədək ölkədə elektron ticarətə nəzarət yox dərəcəsəində idi. Nəticədə bu sahədə rüsum yığmaq da çox çtin olurdu. Məsələn, 2016-ci ildə electron ticarətdən cəmi 17 min manat rüsum yığılmışdı. Hansı ki, bunu gülünc rəqəm adlandırmaq olar. 2017-ci ildə isə bu rəqəm 19 min manatı keçmədi. Amma 2018-ci ildə aparılan islahatlar nəticəsində biz elektron ticarətdən 400 min manat rüsum topladıq”.


Sədr müavini daha sonra Gömrük sistemindən “şirinlik” məsələsini yığışdırılmasının vacibliyini qeyd edib və bildirib ki, gömrük orqanları əməkdaşları yüksək maaşla təmin olunub.

“Bu gün nə qədər mübarizə aparaq da, təəssüf ki, bəzi hallarda “şirinlik” məsələsi hələ də tam yığışdırılmayıb. Bunun qarşısını almaq üçün sahibkarlarla iş birliyi aparırıq. Bu gün dövlət orqanları içində ən çox maaş alan Gömrük orqanlarıdır. Bu da ölkə başçısının Gömrük orqanlarına qarşı diqqətinin göstəricisidir. İşə qəbul olunanlar gənc, ali təhsilli, gömrük məcəlləsini bilən şəxslərdir ki, onlar obyektiv və test üsulu ilə işə götürmüşük”.

Amin Nəzərli
Femida.az

Açar sözlər: #Gömrük   #şirinlik   #Ticarət  

Oxunub: 8068