Bakıda piyada ölümü olub


12:05     25 Sentyabr 2018 piyada5.jpg

Sentyabrın 24-də saat 19 radələrində Nəsimi rayonunun A.Mustafayev küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Abşeron rayon sakini Xanım Tağıyeva vurulub və nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.


DİN-dən Femida.az-a verilən xəbərə görə, 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Renault” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Səbuhi Əliyev saxlanılıb. Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 388