Müdirini öldürən satıcı: Mənə söyüş söydü, bıçaqladım


13:13     25 Sentyabr 2018 18_09_25_1537866876.jpg


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Vüsal Novruzovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.


Femida.az-ın oxu.az-a istinadən xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə prokuror Vüqar Quliyev ittiham aktını elan edib.

İttihama münasibət bildirən V.Novruzov özünü qismən təqsirli bilib. O deyib ki, müdirini öldürmək niyyəti olmayıb, yalnız qorxutmaq istəyib:

“Vüqar Quliyevlə qohumluq əlaqələrimiz var idi. İşlərimiz normal gedirdi, bir müddət idi ki, onun yanında satıcı işləyirdim. Ancaq son zamanlar işdə anlaşılmazlıqlar olurdu. Deyirdi ki, alver yoxdur, alver etməmisən. Mən də camaata məcbur gül satmalı deyildim ki? Bunu ona deyirdim, başa düşmürdü.

Bir dəfə müştəri sifariş verdi, eyni zamanda başqa sifariş də gəldi. Mən digər müştərini əlimdə işim olduğum üçün təxirə saldım, müştəri də Vüqara şikayət etdi. Vüqar mənimlə axşam görüşəndə söyüş söydü. Dedi ki, sən işdə özünü yekəxana aparırsan. Bundan sonra mübahisə düşdü, o, yenə mənə nalayiq söz dedi, buna görə onu bıçaqladım”.

Oxu: Sumqayıtda müdirini öldürən işçi məhkəmə qarşısında
Prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlər dindirilib.

Qeyd edək ki, Sumqayıt şəhər ərazisində yerləşən meyvə-tərəvəz dükanının sahibi Vüqar Quliyev satıcı Vüsal Novruzov tərəfindən qətlə yetirilib.

Belə ki, dükanın sahibi satıcını səhər işə gec gəldiyi üçün danlayıb. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı satıcı Vüsal Novruzov dükanın sahibini bıçaqlayaraq qətlə yetirib.

Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Femida.az

Açar sözlər: kriminal   bıçaqlanma  

Oxunub: 1183