Azərbaycanda yeni snayper silahı istehsal olunub - FOTO


13:30     25 Sentyabr 2018 18_09_25_1537867761.jpg

Azərbaycanda yeni unikal silah istehsal olunub.

Femida.az "Report"a istinadən xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyinin zavodlarından birində hazırlanan yeni snayper silahı mərmi atır.

Əllə idarə olunan və 23x115 mm ölçülü snayperin çəkisi 34 kiloqramdı. Silahın atdığı mərmi 6 kilometr uzağa gedir. Silah 2 kilometri dəqiq vura bilir.

Silah ilk dəfə III "ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisində nümayiş etdirilib.

Yaxın vaxtlarda silah sınaqdan keçiriləndən sonra Azərbaycan Silahlı Qüvvələrində silahlanmaya daxil ediləcək.

Femida.az

Açar sözlər: #silah   #snayper   #Adex   #sərgi  

Oxunub: 967