Sevgilisini oteldə öldürən şəxs danışdı: 11 bıçaq zərbəsi vurdum


13:42     25 Sentyabr 2018 18_09_25_1537868195.jpg


Abşeron rayonunun Fatmayı kəndi ərazisində hoteldə baş verən qətlin yeni təfərrüatı məlum olub.

Femida.az “Xəzərxəbər”ə istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü Aysel Orucovanın qısqanclıq zəminində başını kəsən Kürdəmir rayon sakini, əvvəllər qəsdən adam öldürməyə cəhdə görə məhkum olunmuş 35 yaşlı Nəriman Əliyev polis tərəfindən saxlanılıb.

O, A. Orucovaya 11 bıçaq zərbəsi vurduğunu bildirib. N. Əliyev qətli Ayselin ona yalan danışdığına görə törətdiyini deyib.

Araşdırma zamanı məlum olub ki, N. Əliyev A. Orucovanı 3 ildir tanıyır və onlar tez-tez görüşüblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər: qətl   otel  

Oxunub: 1125