Yağış, leysan, güclü külək - Sabahın havası
13:55 25 Sentyabr 2018
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Gün ərzində şimal-qərb küləyi güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a daxil olan məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 18-21, gündüz 23-26, Bakıda gecə 19-21, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 759 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq.
Azərbaycanın rayonlarında sentyabrın 26-da şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 25-29, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 26-sı gündüzdən 28-dək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli dəyişməsi fonunda güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Femida.az
Oxunub: 2744
Oxşar xəbərlər
- Bakı hava limanında ƏMƏLİYYAT - Tutulanlar VAR
- Zəngilan Beynəlxalq Hava Limanında sərhəd nəzarətinə hazırlıq görülür
- Bakı hava limanında ölən şəxs görün, kimin oğlu imiş
- Sabah hava küləkli olacaq, yağış yağacaq
- Xəzərdə dalğanın hündürlüyü 2,4 metrə çatıb - FAKTİKİ HAVA
- Hava ilə bağlı xəbərdarlıq
- Sabahın hava proqnozu açıqlanıb
- Hava ilə bağlı açıqlama
- Hava ilə bağlı XƏBƏRDARLIQ
- Hava ilə bağlı XƏBƏRDARLIQ