Ağcabədidə ağır qəza - Ölən var

Ağcabədidə ağır qəza - Ölən var


13:49     25 Sentyabr 2018 qeza_yeni.jpg

Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildirilib ki, hadisə rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini Rizvan Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə R.Əliyevin sərnişini, həmyerlisi Afaq Qocayeva hadisə yerində ölüb. Ağır bədən xəsarətləri alan sürücü xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 836