Zakir Həsənov bolqarıstanlı həmkarı ilə görüşüb


14:03     25 Sentyabr 2018 2018/09/388cc-1537869164_1537869654.jpg

Sentyabrın 25-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2018" üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizə gələn Bolqarıstan Respublikası Baş nazirinin İctimai Asayiş və Təhlükəsizlik üzrə müavini – Müdafiə naziri cənab Krasimir Karakaçanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Bolqarıstan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələtində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin təşkili, həmçinin ölkələrin yerləşdiyi regionlardakı hərbi-siyasi vəziyyət müzakirə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 326