Bakıda yeni park istifadəyə verildi - Fitnes avadanlığı da var
14:34 25 Sentyabr 2018
Nəsimi rayonu ərazisində genişmiqiyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam edir.
“Qafqazinfo” xəbər verir ki, cari ilin may ayının 10-da 4-cü mikrorayon ərazisində, Cavadxan küçəsinin H.Seyidzadə və M.Kazımovski küçələri ilə kəsişməsində yeni istirahət parkı sakinlərin istifadəsinə verilib, sakinlərin asudə vaxtlarının səmərəli keçirmələri üçün 0.7 ha sahədə və ətraf ərazidə geniş miqiyaslı abadlıq işləri aparılıb, müxtəlif növ həmişə yaşıl ağaclar və gül kolları əkilib, mövcud ağaclar budanmış, 1000 kv.m-dən artıq yeni qazon örtüyü və 350 kv.m –dən artıq süni qazon döşənib, 500 metrdən artıq suvarma xətti çəkilmişdir.
Parkda sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün tam şərait yaradılmış, müasir işiqlandırma sistemi, 2 ədəd söhbətgah, 18 ədəd fitnes avadanlığı quraşdırılıb, 10 ədəd yeni skamyalar qoyulub. Uşaqlar üçün hər biri 80 kv.m olmaqla 3 ədəd uşaq oyun əyləncə qurğuları montaj olunmuş, park boyunca idman yürüşü üçün zolaq salınıb.
Cavadxan küçəsi boyunca 0, 03 ha sahədə əsaslı təmir və abadlıq işləri davam etdirilərək parka əlavə olunmuş, yeni yaradılmış istirahət guşəsi sentyabr ayının 25-də sakinlərin istifadəsinə verilib.
Sakinlər yeni parkın istifadəyə verilməsinə və ərazidə aparılan abadlıq, quruculuq və yenidənqurma işlərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirib.
Oxunub: 2833
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb