Bakıda iranlı tələbəni öldürən şəxslərə 90 İL HƏBS


15:04     25 Sentyabr 2018 2018/09/686487_1537873564.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iranlı iş adamının oğlunu yastıqla boğub öldürməkdə və digər cinayət törətməkd təqsirləndirilən Yunus Camallı, Natiq Babaverdiyev, Pərvin Əlməmmədov, Zahid Dünyamalıyev, Ceyhun Talıblı və Rəşidə Seyidovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Femida.az xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Natiq Babaverdiyev 20 il, Yunus Camallı 20 il, Pərvin Əlməmmədov 14 il, Zahid Dünyamalıyev 12 il, Ceyhun Talıblı 20 il və Rəşidə Seyidova 4 il müddətinə azadlıqdan məhrum olunub.

Ev dustaqlığında olan Rəşidə Seyidova məhkəmə zalından həbs edilib.


Femida.az

Açar sözlər:

Oxunub: 1527