"Tufan" nümayiş etdirildi


15:41     25 Sentyabr 2018 2018/09/tufan_zirehli_140217_01_3075751542.jpg

Azərbaycan hərbi sahədə istifadə üçün nəzərdə tutulan "Tufan" zirehli maşınını nümayiş etdirib.


Femida.az-ın məlumatına görə, zirehli texnika Bakıda keçirilən "ADEX-2018" 3-cü Beynəlxalq Müdafiə Sərgisinə çıxarılıb.

Uzunluğu 7300 mm olan maşının eni 2440 mm, hündürlüyü isə 2820 mm-dir. Maşının təkər bazası 3820 mm-dir. Ümumi çəkisi 15 min kiloqram olan texnikanın məmulat yükü 12 min kiloqram, faydalı yükü isə 3 min kiloqramdır.

Zirehli maşın artıq yaxın vaxtlarda Azərbaycan Silahlı Qüvvələrinin istifadəsinə veriləcək.



Femida.az

Açar sözlər:

Oxunub: 902