Nəsimidə piyadanı vurub öldürən sürücü saxlanılıb


15:58     25 Sentyabr 2018 astarada-piyadan-vurub-ldrdlr_1.jpeg

Nəsimi rayonunun A.Mustafayev küçəsində yol-nəqliyyat hadisəsi baş verib.



DİN-dən Femida.az-a verilən məlumata görə, sentyabrın 24-də saat 19 radələrində Nəsimi rayonunun A.Mustafayev küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Abşeron rayon sakini Xanım Tağıyeva vurulmuş və nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Renault” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Səbuhi Əliyev saxlanılıb.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1264