"Erməni soyadlı şəxslər ölkəyə gələrkən xüsusi yoxlanılır" - Açıqlama


16:08     25 Sentyabr 2018 2018/05/gomruk-komitesi-1-1525182103_1525182862.jpg


Erməni soyadlı şəxslər ölkəyə gələrkən xüsusi şəkildə yoxlanılır.

" Sərhəd Keçid Məntəqələrindən keçən erməni soyadlı şəxslərin ölkəyə buraxılması xüsusi prinsiplər əsasında aparılmasa da, belə məqamlarda xüsusi nəzarət tətbiq olunur ".

Bu barədə Dövlət Gömrük Komitəsinin Hüquqi Təminat Şöbəsinin rəisi Sənan Muxtarov Femida.az-a açıqlama verib:

“Əslində bu məsələ birbaşa Gömrük Orqanlarının səlahiyyəti daxilində olan məsələ deyil. Belə ki, ilk öncə onları Dövlət Sərhəd Xidmətinin əməkdaşları yoxlayırlar. Daha sonra onların özləri ilə gətirdikləri malları və s. Gömrük Orqanları əməkdaşları tərəfindən yoxlanılır. Əgər onlar avtomobillə keçirsə, onların avtomobilinə baxış keçirilir. Əlbəttə, erməni soyadlı şəxslərin digər şəxslərə nisbətən yoxlanılması xüsusi nəzarət formasında aparılır. Amma bir daha qeyd edim ki, pasport – viza yoxlanışı birbaşa Gömrük orqanları əməkdaşlarının yox, DSX-nin səlahiyyətində olan məsələdir”.

Amin Nəzərli

Femida.az

Açar sözlər:

Oxunub: 1581