Alimlərdən xəbərdarlıq edir: Çox su içməyin, ölə bilərsiniz

Alimlərdən xəbərdarlıq edir: "Çox su içməyin, ölə bilərsiniz"


18:12     25 Sentyabr 2018 2018/09/su-içmenin-önemi-bol-su-tüketin_1537880235.jpg

Avstraliyalı alimlərin apardığı araşdırmaların nəticəsi belə deməyə əsas verir.



İnsan istəmədiyi halda maye qəbul edərsə, beyindəki udqunma önləyici mexanizmin fəaliyyəti pozulur. Bu da insanın sudan zəhərlənməsinə gətirib çıxara bilir. Fəsadlar təkcə bununla bitmir. Normadan artıq maye qəbulu qandakı natriumun anormal dərəcədə azalmasına yol açır.

Elm adamlarının sözlərinə görə, belə hallarda insanda ürək bulanması, üşümə, beynin fəaliyyətinin pozulması kimi fəsadlar müşahidə oluna bilir. Bəzən həmin şəxsin hətta komaya düşmə təhlükəsi də yaranır. Bu vəziyyətdə insana ilkin tibbi yardım göstərilməsə tələfat qaçılmaz olur.

Alimlər bəyan edir ki, marafon yarışlarında həddən çox maye qəbul etdiyinə görə idmançılar arasında dəfələrlə ölüm halları qeydə alınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 664