5 saniyədə narkotik qaçaqmalçıları aşkarlanacaq - Gömrükdə 200 minlik texnologiya


18:42     25 Sentyabr 2018 18_09_25_1537886454.jpg

Dövlət Gömrük Komitəsi daha bir yeniliyə imza atmağa hazırlaşır. Komitənin alacağı yeni texnologiya sayəsində artıq sərhəd keçid məntəqələrindən daxili orqanlarında narkotik keçirmək istəyənlərin qarşısı tam şəkildə alınacaq.

Femida.az xəbər verir ki, “Body Scan” adlanan yeni texnologiya 5-7 saniyə ərzində şəxsin daxili orqanlarını skan edəcək və onun hər hansı orqanında narkotik maddə olub-olmadığını operativ şəkildə aşkara çıxaracaq. Bunu Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin Gömrük Əməliyyatlarının Tənzimlənməsi İdarəsinin rəisi Anar Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, sözügedən aparatın bir ədədinin qiyməti 150-200 min avro aralığındadır. İlin sonuna qədər texnologiyanın tətbiq olunacağı gözlənilir.

Qeyd edək ki, buna qədər sözügedən proses çox uzun çəkirdi. Belə ki, daxili orqanında narkotik keçirən şəxs əvvəlcə Gömrükdə tibb məntəqəsində yoxlanılırdı, daha sonra xəstəxanaya aparılırdı.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #gömrük   #DGK   #narkotik  

Oxunub: 1423