Müdafiə Nazirliyi yeni rabitə vasitələri ilə təchiz ediləcək


19:19     25 Sentyabr 2018 2018/09/memor-1537885864_1537887026.jpg

Müdafiə Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyi arasında yeni rabitə vasitələrinin təchizatına dair anlaşma memorandum imzalanıb.


Bu barədə Femida.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Sənədi Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2018" üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə Sənayesi nazirinin müavini Yəhya Musayev imzalayıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 782