Netanyahu yenə Putinə zəng etdi - Təyyarə vurulması müzakirə edildi


20:14     25 Sentyabr 2018 18_09_25_1537889157.jpg

Rusiya prezidenti Vladimir Putinlə İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.

Femida.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

İsrail tərəfinin təşəbbüsü ilə baş tutan görüş zamanı Netanyahunun Rusiyaya məxsus “İl-20” tipli təyyarənin vurulması nəticəsində həlak olan hərbçilər ilə əlaqədar bir daha Vladimir Putinə başsağlığı verdiyi bildirilib.

Söhbət zamanı Rusiya prezidenti bildirib ki, Suriya Hərbi Hava Müdafiə Qüvvələrinin döyüş imkanlarını artırmaq üçün gördükləri tədbirlər yaranan vəziyyətə adekvatdır.

Onun sözlərinə görə, Rusiyaya məxsus “İl-20” tipli təyyarənin bu günlərdə vurulmasına əsas səbəb İsrail Hərbi Hava Qüvvələrinin atdığı addımlar olub.

Xatırladaq ki, Suriya ərazisində Rusiya təyyarəsinin vurulduğu və 15 hərbiçinin öldüyü hadisədən sonra Netanyahu Putinə zəng etmiş, hadisədə məsuliyyət daşımadıqlarını bildirmişdi. Rusiya Müdafiə Nazirliyi isə hadisənin İsrail təyyarələrinin təxribatı nəticəsində baş verdiyini açıqlamışdı.

Açar sözlər:

Oxunub: 2448