Məmmədyarov ABŞ dövlət katibinin köməkçisi ilə görüşüb


21:35     25 Sentyabr 2018 18_09_25_1537896375.jpg


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ves Miçel ilə görüşüb.

XİN-dən Femida.az-a verilən məlumata görə, görüş BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutub.

Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin bir çox məsələləri üzrə fikir mübadiləsi aparıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə edilib.

Açar sözlər: XİN   siyasət  

Oxunub: 270