Daşkəsəndə avtomobil dərəyə aşdı - Sürücü öldü


21:43     25 Sentyabr 2018 dereye%20asib.jpg


Daşkəsən rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Femida.az-ın "Report"a isinadən məlumatına görə, hadisə Daşkəsən - Əmirvar avtomobil yolunun Gurbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Gurbulaq kənd sakini, 1975-ci il təvəllüdlü Razayev İlqar Həmid oğlu "VAZ-2121" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın dərəyə aşıb. Ağır bədən xəsarətləri alan sürücü xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı Daşkəsən rayon Polis şöbəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1011