Qayınanasını öldürüb qaçan kürəkən tutuldu
22:24 25 Sentyabr 2018
Saatlı rayonunda qətl törədərək hadisə yerindən qaçan şəxs tutulub.
Hadisə sentyabrın 21-i axşam saatlarında baş verib. 28 yaşlı rayon sakini Xəyal Həşimov ailə münaqişəsi zəminində 58 yaşlı qayınanası Alışova Hökumə Mirqədir qızını qətlə yetirib, 25 yaşlı həyat yoldaşı Həşimova Gülbikə Nurəddin qızını isə bıçaqla yaralayaraq hadisə yerindən qaçıb.
X.Həşimov Saatlı rayon Polis şöbəsi tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayonunun Kürmahmudlu kəndi ərazisində, anasının yaşadığı evə gedərkən saxlanılıb və istintaqa təhvil verilib.
Faktla bağlı Saatlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. (Report)
Femida.az
Oxunub: 1127
Oxşar xəbərlər
- Şəmkirdə qayınanasını qətlə yetirən şəxsin məhkəməsi başlayır
- Övladının ad günündə qayınanasını öldürən şəxsə hökm oxunub
- Həyat yoldaşını bıçaqlayaraq, qayınanasını qətlə yetirən Şəmkir sakini saxlanılıb
- Xaçmazda qayınatasını və qayınanasını öldürən şəxsin məhkəməsi başlayır
- Şəkidə qayınanasını qətlə yetirən şəxsin məhkəməsi başlayır
- Qayınanasını öldürən gəlinin məhkəməsi başlayır
- Gəlin keçmiş qayınanasını məhkəməyə verdi - “Məni bədbəxt etdi...”
- Narkotiki qayınanasının evində gizlətdi
- Bakıda arvadı ilə qayınanasını qətlə yetirib yandırdı - Qaçanda avtobusun altında qaldı (YENİLƏNİB)
- Arvadı ilə qayınanasını qətlə yetirib yandırdı - Bakıda dəhşət