Ələt-Astara yolu ilin sonundan etibarən pullu olacaq


23:04     25 Sentyabr 2018 18_09_25_1537902440.jpg


Bu ilin sonunadək Ələt-Astara yolunun 31-204-cü kilometri ödənişli olacaq.

Femida.az xəbər verir ki, bunu "RealTV”yə müsahibəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov deyib.

S. Məmmədov bildirib ki, bu ilin sonunadək Azərbaycanda ilk ödənişli yol sistemi işə düşəcək.
Qurum sədrinin sözlərinə görə, ödən

işli giriş Ələt-Astara magistralının 31-204-cü kilometrinə tətbiq ediləcək.

"Bizim də qiymətlə bağlı təklifimiz var. Lakin qiymətlərlə bağlı son sözü Azərbaycan prezidenti ilə razılaşmaya əsasən Tarif Şurası deyəcək”, – deyə Saleh Məmmədov söyləyib.

Femida.az

Açar sözlər:

Oxunub: 1423