Bakıya uçan təyyarədə bomba həyəcanı


10:12     26 Sentyabr 2018 2018/09/1474417856_1537942199.jpg


Femida.az-ın “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Nəqliyyat İdarəsinin Sibir Federal Dairəsi məlumat yayıb.

“Hadisə yerinə cəlb edilən polis əməkdaşları müəyyən ediblər ki, 51 yaşlı Krasnoyarsk sakini ekonom sinifdən biznes sinfə keçirilməsini tələb edib. Ekipaj üzvləri bu tələbi yerinə yetirməkdən imtina edib. Sərnişin isə cavabında təyyarəni partladacağı ilə hədələyib”, - məlumatda deyilir.

Sərnişinlər dərhal təxliyyə olunublar, təyyarədə axtarış aparılıb. Partlayıcı qurğu və maddə tapılmayıb. Təyyarə Bakıya istiqamətlənib.

Təyyarəni parlatmaqla hədələyən sərnişin saxlanılıb. Onun barəsində cinayət işi açılıb.

Femida.az

Açar sözlər: #bomba  

Oxunub: 730