Yazıçımız təltif olundu


11:04     26 Sentyabr 2018 2018/09/varis-1537944962_1537945835.jpg

Beynəlmiləl Yazıçılar İttifaqının (International Union of Writers) Şərqi Avropa, MDB ölkələri və Rusiya bürosu Azərbaycan yazıçısı Varis Yolçuyevi müasir ədəbiyyatın inkişafına verdiyi yaradıcı töhfələrə görə Fəxri Diplomla təltif edib.


Fəxri Diplomu qurumun rəhbəri, tanınmış Rusiya yazıçısı Sergey Lukyanenko imzalayıb.

Yazıçımızın ən böyük uğuru Avrasiya materikinin ədəbiyyat üzrə 3-cü LiFFt festivallar festivalının qızıl mükafatını qazanmasıdır. Onun "Qızıl LiFFt" seriyasından çıxan "Metamorfoz" kitabı ötənilki festivalın qalibi, dünyaşöhrətli Oljas Süleymenovun "Asiya tonqalları" kitabı ilə birgə dünəndən etibarən geniş oxucu kütləsinin ixtiyarına verilib.

Qeyd edək ki, bu il nüfuzlu LiFFt festivallar festivalını Azərbaycan yazıçısı qazandığı üçün növbəti ildə festival bizim ölkəmizdə keçiriləcək. Festivalın sentyabr ayında baş tutacağı da artıq müəyyənləşdirilib. İlkin məlumata görə, ölkəmizin paytaxtına 50 ölkədən 200 tanınmış yazıçı təşrif buyuracaq.

Femida.az

Açar sözlər:

Oxunub: 932


Oxşar xəbərlər