Azərbaycan Fransa ilə birgə hərbi gəmilər istehsal edəcək


13:54     26 Sentyabr 2018 18_09_26_1537955781.jpg

"Azərbaycan Fransa ilə müştərək əsasda hərbi patrul katerləri istehsal etməyi nəzərdə tutur".

Femida.az xəbər vərir ki, bunu Report-a Fransanın “Naval Group” şirkətinin Azərbaycandakı nümayəndəsi Kristof Blö bildirib.

O deyib ki, hazırda bu məsələyə dair hərtərəfli danışıqlar aparılır: “OPV-90 tipli hərbi gözətçi gəmiləri bütövlüklə Azərbaaycanda istehsal olunacaq. Burada söhbət ayrı-ayrı parçaları gətirib yığmaqdan yox, məhz bütöv bir istehsal prosesindən gedir. Həmin gəmi su üzərində dayanıqlı olub Azərbaycanın Xəzərdə suveren hüquqlarını təmin etməyə layiqli töhfə verəcək”.

OPV-90 gəmisinin həmçinin gəmivuran raketlər sistemilə təchiz olunduğu, iki 5-10 tonluq helikopteri qəbul edə bildiyi də qeyd olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 399