Oqtay Şirəliyevin qızı Rusiyada nazir təyin edildi


22:17     25 Sentyabr 2018 2018/09/15378-1537901557_1537957183.jpg

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyeva Moskva vilayətinin mədəniyyət naziri təyin edilib.



Femida.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bununla bağlı Moskva vilayətinin qubernatoru Andrey Vorobyov əmr imzalayıb.
Qeyd edək ki, N.Şirəliyeva Bakı şəhərində anadan olub, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda təhsil alıb. İngilis və fransız dillərini mükəmməl bilir.

2013-cü ildən Moskva vilayəti qubernatorunun Administrasiyasında mədəniyyət müşaviri vəzifəsində çalışıb.



Femida.az

Açar sözlər:

Oxunub: 1508