Sədr futbolçu vəkilləri qəbul edib


17:40     26 Sentyabr 2018 2018/09/17-40-06-_imeni-1_1dc1d3c903cb9a39ae88fce814b80f94_1537969377.jpg

Bu günlərdə Vəkillər Kollegiyasının rəhbərliyi Kollegiyanın “Advokat” futbol komandasının üzvlərini qəbul etmişdir. Qeyd olunmalıdır ki, komandanın tərkibi Vəkillər Kollegiyasının üzvlərindən ibarətdir.

Məlum olduğu kimi, “Advokat” futbol komandası bu yaxınlarda Litvanın Vilnus şəhərində keçirilmiş və Litva Vəkillər Kollegiyasının təşkil etdiyi, həmçinin Şərqi Avropa və bir sıra MDB ölkələrin vəkillər kollegiyalarının futbol komandalarının qatıldığı beynəlxalq futbol turnirində fəxri 3-cü yeri tutmuşlar.

Görüş zamanı Vəkillər Kollegiyasının sədri Anar Bağırov komandanın qələbəsinin nümunəvi olması, bu kimi sosial tədbirlərin vəkilliyin nüfuzunun artırılmasındakı əhəmiyyəti, bundan sonra da Kollegiyanın komandanın fəaliyyətinə dəstək verəcəyini, habelə növbəti ildə Azərbaycan vəkilliyinin 100-ci il dönümü ilə bağlı beynəlxalq futbol turnirinin keçirilməsi barədə fikirlərini bildmişdir.

Daha sonra “Advokat” futbol komandasının rəhbəri, vəkil Elçin Usub çıxış edərək komandanın fəaliyyətinə hərtərəfli dəstəyinə görə Kollegiya rəhbərliyinə komanda üzvləri adından öz təşəkkürünü bildirmiş və qeyd etmişdir ki, ”Advokat” komandasının sıralarının genişləndirilməsi və yeni vəkillərin cəlb edilməsi istiqamətində işlər görülür.

Sonda komandanın Litva səfərində qazandığı kubok Kollegiyanın muzeyinə təqdim olunmuş və xatirə fotosu çəkilmişdir.

Açar sözlər:

Oxunub: 832