Jurnalistlər gömrükçü kimi işlədi


20:50     26 Sentyabr 2018 18_09_26_1537980423.jpg


Sentyabrın 26-da kütləvi informasiya vasitələrinin nümayəndələri Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postuna səfər edib.

Femida.az xəbər verir ki, tədbir Dövlət Gömrük Komitəsinin media nümayəndələri üçün təşkil etdiyi "Gömrük islahatları və modernləşdirmə" mövzusunda təlim çərçivəsində baş tutub.

Öncə media nümayəndələrinə "Samur" gömrük postunun iş prinsipi, buraxılış qabiliyyəti barədə məlumat verilib. Jurnalistlər idxal-ixrac sərnişin və yük nəzarət xətlərində həyata keçirilən proseslər barədə məlumatlandırılıb, gömrük-sərhəd keçid məntəqəsində gömrükçülərlə birlikdə gömrük nəzarətinin təşkili, nəqliyyat vasitələrinin qeydiyyatı və yoxlanılması prosesində iştirak ediblər.








Femida.az

Açar sözlər: DGK   təlim   gömrük   sərhəd  

Oxunub: 1318