Əmək münasibətlərinin rəsmiləşdirilməsi təşviq edilir


21:04     26 Sentyabr 2018 2018/09/ƏMMM-6_6151924364.jpg


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı tədbirləri davam etdirir.

Femida.az xəbər verir ki, mərkəzin səyyar monitorinq qrupu Bakı və Sumqayıt şəhərlərində, eyni zamanda Abşeron rayonunda tikilməkdə olan çoxmənzilli yaşayış binalarının sifarişçi, podratçı və subpodratçı şirkətləri, eləcə də tikinti ərazisində çalışan işçilər ilə görüşlər keçirir. Bakı şəhərində 182, Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində isə 44 tikinti obyektində olmaqla, ümumilikdə 226 tikinti obyektində tikinti fəaliyyəti subyektləri ilə görüşlər təşkil edilib.

Görüşlərin məqsədi işçi və işəgötürənlərin əmək münasibətlərinin rəsmiləşdirilməsinə təşviq edilməsidir. Görüşlər zamanı Mərkəzin fəaliyyəti haqqında, o cümlədən əmək müqavilələrinin sosial və iqtisadi faydaları barədə məlumat verilib. Tikinti fəaliyyəti subyektlərinin əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı sual, şikayət və təklifləri dinlənilib, problemlərlə bağlı həll yolları təklif edilib.

Tikinti obyektlərində səyyar görüşlər vasitəsilə təşviqat işlərinin aparılması əmək müqavilələrinin sayında müşahidə edilən artım dinamikasına təsir edən faktorlardan biridir.

Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi bildirir ki, əmək müqavilələri elektron formada rəsmiləşdirilməli, əmək bildirişləri sistemində müqavilə hüquqi qüvvəyə minmədən işçi tikinti ərazisində işə cəlb olunmamalıdır.







Femida.az

Açar sözlər: ASAN   innovasiya   əmək  

Oxunub: 337