Rusiya Azərbaycana kənd təsərrüfatı texnikası satmaq istəyir
11:02 27 Sentyabr 2018
Rusiya Azərbaycanla məhsul istehsalı mərhələlərini vahid istehsalat xəttində birləşdirmək niyyətindədir. Məsələn, Moskva Bakıya texnika və gübrə tədarük etməyə, əvəzində isə ticarət şəbəkələri üçün hazır məhsullar idxal etməyə hazırdır.
Femida.az xəbər verir ki, bunu Rusiyanın iqtisadiyyat naziri Maksim Oreşkin Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının genişləndirilmiş iclasında bildirib.
“Kənd təsərrüfatında bu sahədə istifadə olunan texnikalar, gübrələrin tədarükündən başlayan və Azərbaycanda istehsal olunan məhsulların Rusiyanın ticarət şəbəkələrinə tədarükü ilə bitən layihələrin inkişafını müzakirə edirik”, - deyə, o, bildirib.
Rusiyalı nazirin sözlərinə görə, hər iki ölkə “yaşıl dəhlizləri”, ölkələr arasında mal dövriyyəsini inkişaf etdirməlidir.
“Qarşımızda qoyduğumuz məqsəd yaşıl dəhlizlərin yaradılması, Rusiya və Azərbaycan arasında malların bütün istiqamətlərdə hərəkətidir. Burada maneələrin azalması üçün planlı iş aparırırq”, - deyə, Oreşkin bildirib.
O həmçinin birgə istehsalatların yaradılmasının vacibliyini qeyd edib.
Oxunub: 668
Oxşar xəbərlər
- Rusiya Ukraynanın Zaporojye şəhərini raket atəşinə tutub
- Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Rusiyada qismən səfərbərlik elan olunub
- Rusiya və Ermənistan müdafiə nazirləri arasında telefon danışığı olub
- Rusiya böyük itkilər verdi
- Rusiya Ukraynada sərnişin qatarına zərbə endirib, 22 nəfər ölüb, yaralananlar var
- Rusiyada son 5 ayın rekord yoluxma halı qeydə alınıb
- Rusiya “azov”çu əsirlərin saxlanıldığı həbsxananı vurub, 53 nəfər ölüb
- Rusiya Finlandiyaya xəbərdarlıq edib