Putin Bakıdadır - Hava limanına fəxri qarovul düzüldü


11:47     27 Sentyabr 2018 2018/09/15380347422904643332_1000x669_1538034868.jpg

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin sentyabrın 27-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.


Femida.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Rusiya prezidentini hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

Femida.az

Açar sözlər: #Prezident   #Vladimir-Putin   #Qarovul   #Rusiya  

Oxunub: 5237