“Şimali Azərbaycan” əyaləti yaradılsın - İranlı millət vəkili


13:24     27 Sentyabr 2018 2018/09/xiyav_1538040628.jpg

Güney Azərbaycanın Meşginşəhr (Xiyav) şəhərinin İran parlamentindəki millət vəkili Vəli Məleki bundan əvvəl Azərbaycana qarşı irəli sürdüyü təklifi yenidən gündəmə gətirib.



Femida.az "GünAzTV"yə istinadən xəbər verir ki, o bu barədə sentyabrın 25-də parlamentdə çıxışı zamanı danışıb.

Millət vəkili Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinin parçalanması və “Şimali Azərbaycan” Əyalətinin yaradılması ilə bağlı təklifini bir daha təkrar edərək bunun bölgə əhalisi tərəfidən tələb olunduğunu iddia edib.

“Ölkə başçısı və parlamentin sədrindən “Şimali Azərbaycan” Əyalətinin yaradılmasına şərait yaratmalarını istəyirəm. Bir neçə millət vəkili, xüsusi ilə də Azərbaycan məntəqəsinin şimal şəhərlərinin millət vəkilləri layihə təklifini imzalayıblar. Bu ideya əhalinin tələbidir və ölkənin təhlükəsizliyi ilə heç bir ziddiyyət təşkil etmir”- deyə o bildirib.

Meşginşəhrin sözdə milət vəkili, hökumətin tələbini yerinə gətirərək belə bir təklif irəli sürür, lakin bunu bölgə əhalisinin ictimai tələbi kimi təqdim edir. Halbu ki, əhali bu məsələnin gündəmə gəlməsindən ciddi narahatdır və müxtəlif formalarda öz etirazını bildirib.

Ərdəbilin İran parlamentindəki millət vəkili Məhəmməd Feyzi bu barədə bildirib ki, ““Şimali Azərbaycan” Əyalətinin yaradılması planı insanları narahat edir, biz bu plana mütləq qarşı çıxacayıq.”

Təbriz, Azərşəhr (Tufarqan) və Üskünün (Üşkaya) millət vəkili Məhəmməd İsmayıl Səidi isə yeni inzibati-ərazi bölgüsü yaratmaq yerinə əyalət rəhbərliyinin səlahiyyətlərinin artırılmasını tələb edib.



Femida.az

Açar sözlər:

Oxunub: 1378


Oxşar xəbərlər