Masallıda yanğın


03:48     09 Oktyabr 2015 masalli.jpg

Masallıda yanğın hadisəsi qeydə alınıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Digah kəndində vətəndaşa məxsus həyətyanı sahəsində baş verib. Nəticədə həyətyanı sahədə yığılmış 50 ton ot bağlamasının 37 tonu yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən yaxınlıqda olan tövlədən 10 baş iribuynuzlu və 8 baş xırda buynuzlu heyvan xilas olunub. Yaxınlıqdakı tövIə yanğından mühafizə olunub. Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 1117