QHT-lərin fəaliyyətində şəffaflığın artırılmasına dair təlimlər keçiriləcək


19:44     27 Sentyabr 2018 18_09_27_1538063101.jpg

“Antikorrupsiya Araşdırmalar Mərkəzi” İctimai Birliyi və Azərbaycan Antikorrupsiya Akademiyası (AZAKA) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “QHT-lərin fəaliyyətində şəffaflığın və hesabatlığın artırılması üçün onların bilik və bacarıqlarının inikişafı məqsədilə təlimlərin keşirilməsi” layihəsi çərçivəsində təlimlər təşkil edir.
Təlimlər 28 sentyabr 2018-ci il tarixindən 15 oktyabr 2018-ci il tarixinədək ASAN təlim mərkəzində (ASAN3 / Yasamal) təşkil olunacaq. Kurs interaktiv formatda peşəkar təlimçilər təfindən keçiriləcək. Təlimlər saat 14.00- da başlayacaq və 17.00-a qədər davam edəcək.

Təlimlər zamanı iştirakçılara vətəndaş cəmiyyətində dövlətin, QHT-lərin rolu, QHT-lərə anti-korrupsiya və etik davranış qaydaları, ictimai problemlərin müəyyənləşdirilməsi və onların həllinə yeni yanaşmalar, vətəndaş cəmiyyətinin struktur elementləri, vətəndaş cəmiyyətinin inkişafında elektron hökümət və rəqəmsal həllər, vətəndaş cəmiyyətinin inkişafında DİM (Dayanıqlı İnkişaf Məqsədləri), korrupsiya qarşı mübarizədə vətəndaş Cəmiyyətinin rolu haqqında geniş məlumat veriləcək.

Kursun sonunda sertifikat təqdim olunacaq.

Açar sözlər:

Oxunub: 747