Goranboyda yol qəzası baş verib, yaralanan var


22:18     27 Sentyabr 2018 qeza.jpg

Goranboy rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Femida.az "Report"a istinadən bildirir ki, hadisə Goranboy-Naftalan yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes-Benz" markalı avtomobil motosikletlə toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü, Goranboy rayon Qızılhacılı kənd sakini, 1978-ci il təvəllüdlü Ramin Əli oğlu Rüstəmov ağır bədən xəsarəti alıb. Yaralı öncə Goranboy Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 771