Niderlandda terror aktının qarşısı alınıb


09:25     28 Sentyabr 2018

Niderlandda hüquq-mühafizə orqanları terror hücumunun hazırlanmasında şübhəli bilinən 7 nəfəri həbs edib.

Qrupun lideri - 34 yaşlı şəxs silahlı terrorçu-intiharçılar vasitəsi ilə keçiriləcək tədbirlərin birində terror aktı törətməyi planlaşdırırdı.

Qeyd olunur ki, terrorçular həmçinin digər yerdə partlayıcı qurğularla doldurulmuş avtomobili partlatmaq planlaşdırırdılar.

Polis əməkdaşları terrorçuların zərbələri harada endirəcəklərini öyrənə bilməyib. Terrorçular Arnem və Vert şəhərlərində tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 468