"Rüşvət alan gömrük məmuru..." - Anar Süleymanov korrupsiyadan danışdı


10:36     28 Sentyabr 2018 2018/09/7475_1538116980.jpg


“Sərhədyanı zonalarda yaşayan bəzi insanlar gəlir əldə etmək məqsədi ilə tez-tez qonşu ölkələr keçib qayıdırlar. Maraqlıdır ki, onlar Gürcüstan və Rusiya sərhədinə keçən kimi özünü çox mədəni aparır, növbəyə dayanır, öz sırasını gözləyir və keçir.

Femida.az xəbər verir ki, bu sözləri Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi rəisinin birinci müavini Anar Süleymanov deyib.

Lakin Azərbaycan tərəfə keçən kimi hay-küy salmağa başlayır, təhqirlər edir, növbədən kənar keçmək istəyir və s. Bunun bir çox səbəbləri var. Səbəblərdən biri bəzi gömrük məmurlarının korrupsiya hallarında iştirakıdır. Elə bu yaxınlarda bildiyiniz kimi korrupsiyaya yol verən gömrük məmuru barəsində cənab sədrin göstərişi ilə müvafiq tədbirlər görüldü. Gömrük əməkdaşları bəzən həmin vətəndaşlarla sövdələşməyə gedir. Rüşvət alan gömrük məmurunun davranışı gələcəkdə həmin vətəndaşa əsas verir ki, qanunu pozsun. Belə olan halda cəzasızlıq mühiti yaranır. Mətbuatdan da, cəmiyyətdən də istəyimiz odur ki, hadisələri obyektiv işıqlandırsın və bizə dəstək versin, problemləri birlikdə həll edək”.

Amin Nəzərli
Femida.az

Açar sözlər: #Məmur   #Gömrük   #Korrupsiya  

Oxunub: 4541