Nazirlikdən yeni şəxsiyyət vəsiqələri ilə bağlı açıqlama


11:52     28 Sentyabr 2018 din%20daxili50.jpg

Yeni nəsil şəxsiyyət vəsiqəsinin elektron daşıyıçısında (çipində) yerləşdirilən müəyyən məlumatların oxunması mümkündür.



Daxili İşlər Nazirlityinin mətbuat xidmətindən Femida.az-a verilən məlumatda qeyd olunur ki, bu il sentyabrın 1-dən ölkədə yeni nəsil elektron şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılıb. Qanunvericiliyə əsasən həmin sənəd sahibinin yaşayış yeri, ailə vəziyyəti və hərbi vəzifəsi barədə dəyişə bilən məlumatlar elektron daşıyıcıda (çipdə) yerləşdirilir.

Şəxsiyyət vəsiqəsinin çipində göstərilən məlumatların oxunması üçün nəzərdə tutulmuş xüsusi fayllar istehsalçı şirkət tərəfindən təqdim olunub. Həmin faylları Daxili İşlər Nazirliyinin (mia.gov.az) və Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin (bpqmi.gov.az) rəsmi internet saytlarında yerləşdirilmiş (https://mia.gov.az/?/az/news/view/1237/) və (https://azvision.az/redirect.php?url=http://www.bpqmi.gov.az/?/az/news/view/117/) linklərindən yükləyərək istifadəçi təşkilatın (fiziki və hüquqi şəxsin) istifadə etdiyi proqram təminatına inteqrasiya etməklə vəsiqə sahibi barədə məlumatları xüsusi qurğu (çip rider) vasitəsilə oxumaq və zərurət olduqda eksport etmək mümkündür.

Femida.az

Açar sözlər:

Oxunub: 892