General mitinqə görə xəbərdarlıq etdi
12:38 28 Sentyabr 2018
Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) sabah Bakıda keçiriləcək mitinqlə bağlı xəbərdarlıq edib.
Femida.az xəbər verir ki,İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov açıqlamasında bildirib ki, bu gün mitinqin təşkilatçıları Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunub və onlara xəbərdarlıq edilib.
General qeyd edib ki, sentyabrın 29-da keçirilməsi nəzərdə tutulan mitinqə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilib: “Təşkilatçılar bildirdilər ki, mitinqdə ancaq Qarabağa dair şüarlar səsləndiriləcəklər. Bizim vəzifəmiz təhlükəsizliyi təmin etməkdir. Mitinq iştirakçıları da öz növbəsində qanundan kənar hərəkətlərə yol verməməlidir. Bildirmək istəyirəm ki, Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan fərqli şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar”.
Qeyd edək ki, bir qrup siyasi partiya və ictimai təşkilat 29 sentyabrda “Məhsul” stadionunda mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. BŞİH aksiyanın keçirilməsinə razılıq verib.(“Report”)
Oxunub: 3090
Oxşar xəbərlər
- General Bəkir Orucovun ittiham olunduğu maddələr məlum olub - RƏSMİ
- Generalın həbsində YENİ DETALLAR: 6 milyonluq vergi borcu və...
- Generallar Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdəki vəziyyəti təhlil edib
- Generallar həlak olan hərbçilərin məzarlarını ziyarət ediblər - FOTOLAR
- Generallar xüsusi təyinatlılarının təlimini izləyib - VİDEO
- General Mövlam Şixəliyev 14 milyon manat rüşvət alıb
- General-mayor Emin Şəkinski vəfat edib
- General-Qubernator Prezidentə məktub yazdı
- Generallar toplandı - Zakir Həsənov müşavirə keçirdi
- Generalın anbaan öldürüldüyü görüntü təkcə əli qalıb - VİDEO