Saxta puldan istifadə edən azərbaycanlı saxlanıldı


18:11     28 Sentyabr 2018 2018/09/4e28f875-5b1d-46fa-bd06-2be5f3598720_1538143313.jpg

Rusiyanın Saransk şəhərində saxta puldan istifadə edən 1981-ci il təvəllüdlü Azərbaycan vətəndaşı şəxs saxlanılıb.



Rus mətbuatında dərc edilən xəbərə görə, bu barədə Mordoviya Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycanlı iki ticarət mərkəzində saxta pulla məhsul alıb. Onlardan birinin satıcısı vaxtında bu barədə polisə məlumat verib. O, müştərinin əlamətləri barədə polisi məlumatlandırıb. Saxlanılan Azərbaycan vətəndaşının üzərində 5 min rubl saxta pul aşkar edilib.

Hadisə ilə bağlı istintaq başladılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1090