“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 20-ci cildi çapdan çıxıb


21:13     04 Aprel 2015 pr_kitab.jpg

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 20-ci cildi çapdan çıxıb.


Femida.az-ın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu nəşrində dövlətimizin başçısının regionların sosial-iqtisadi inkişaf proqramının həyata keçirilməsi ilə əlaqədar Quba, Şəki, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Şəmkir rayonlarına, Gəncə şəhərinə səfərləri ilə bağlı materiallar, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzuna, respublikamızın sosial, iqtisadi və mədəni cəhətdən inkişafına həsr olunmuş çıxışları, nitqləri, bəyanatları və s. öz əksini tapıb.


Kitabda Prezident İlham Əliyevin Latviyaya, Belarusa, Belçikaya rəsmi səfərləri zamanı bu ölkələrin dövlət və hökumət başçıları ilə danışıqları, dövlətlər arasında ikitərəfli əlaqələrin, beynəlxalq əməkdaşlığın daha da möhkəmlənməsi və genişlənməsindən bəhs edən materiallar dərc olunub, eyni zamanda, Bakıda səfərdə olan Rumıniya Prezidenti Trayan Besesku ilə keçirdiyi görüşlərə, danışıqlara dair yazılar toplanıb.


Bu cilddə, eyni zamanda, Prezident İlham Əliyevin Azərbaycana gəlmiş çoxsaylı xarici nümayəndə heyətləri ilə görüşləri, bəyanatları, Rusiyada akkreditə olunmuş xarici ölkələrin kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşdə Azərbaycanda gedən iqtisadi inkişaf prosesləri, Dağlıq Qarabağ münaqişəsi, regional proseslər, ölkəmizin xarici siyasəti və digər məsələlərlə bağlı müsahibələri yer alıb.


Femida.az 

Açar sözlər:

Oxunub: 764