Azad Mirzəcanzadənin doğum günüdür


12:03     29 Sentyabr 2018 2018/09/azad-mirzecanzade_1538208811.jpg

Məşhur Azərbaycan alimi, texniki elmlər doktoru, akademik Azad Mirzəcanzadənin doğum tarixidir.


Femida.az-ın məlumatına görə, Azad Xəlil oğlu Mirzəcanzadə 1928-ci ildə 29 sentyabrda Bakıda anadan olub. Ali təhsilini 1944-1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində alıb və dağ mühəndisi ixtisasına yiyələnib. Texnika elmləri üzrə namizədlik, doktorluq dissertasiyaları müdafiə edib, professor adını alıb, AMEA nın müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilib.

Azərbaycan elminin inkişafında mühüm xidmətləri olmuş Azad Mirzəcanzadə ölkədə tətbiqi mexanika və neft-mədən işləri sahəsində qiymətli araşdırmaları ilə böyük şöhrət qazanıb. Neftin çıxarılmasında texnoloji proseslərin mexanikasını, riyazi fizika metodlarının neft sahəsində tətbiqi ilə bağlı problemləri fundamental elmin nəzəri məsələləri səviyyəsində araşdırıb. 400-ə yaxın elmi əsərin, 50-dən çox ixtira və patentin müəllifi olmuş Azad Mirzəcanzadə özünün elmi fəaliyyətində neft və qaz çıxarılması proseslərinin qlobal optimallaşdırılmasına xüsusi diqqət yetirib. Yaradıcılığının son dövründə onun tədqiqatlarının əsas elmi istiqamətlərini neft-qaz yataqlarının sinergetik analizi təşkil edib.

Azad Mirzəcanzadə 2006-cı il iyulun 17-də 78 yaşında vəfat edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1224