Qadın rəfiqəsini döydü - Bakıda


14:38     09 Oktyabr 2015 qizlar%20dava.jpg

Bakının Nəsimi rayonunda rəfiqələr arasında mübahisə qanlı sonluqla nəticələnib.


Femida.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə rayon ərazisindəki kafelərdən birində baş verib.

45 yaşlı Xatirə Babayeva işlədiyi kafedə rəfiqəsi tərəfindən döyülüb. Çoxsaylı sınıq xəsarətləri alan yaralı xəstəxanaya gətirilib.

Həkim Xatirə Babayevanın vəziyyətinin az ağır olduğunu bildirib.

Hadisə barədə polisə məlumat verilib.

Faktla əlaqədar Nəsimi Rayon Polisi İdarəsində araşdırmalar aparılır.

Açar sözlər:

Oxunub: 898