Orxan Camalın ölümü ilə bağlı şok iddia


15:55     29 Sentyabr 2018 2018/09/f3a2d3b6-660e-4472-8231-faad88847397_1538213189.jpg

Rus jurnalistlərinin Mərkəzi Afrika Respublikasında öldürülməsini “Patriot” özəl hərbi şirkəti təşkil edə bilər.


Femida.az xəbər verir ki, bu barədə “Dojd” televiziyası Rusiya Müdafiə Nazirliyindəki mənbəsinə istinadən məlumat yayıb.

“Jurnalistlərin ölümünə əsas səbəb jurnalist Orxan Camalın rus silahlarının Afrikaya tədarükü ilə bağlı araşdırma aparması olub. Əvvəlcə şirkətə jurnalistlərin məhvi haqda tapşırıq gəlsə də, sonradan bunun oğruların hücumu kimi səhnələşdirilməsi tapşırılıb” – məlumatda bildirilib.

Qeyd edək ki, “Patriot”un muzdluları bundan öncə Suriyada vuruşublar. Şirkətin döyüşçüləri arasında hazırda hərbi xidmət keçən Rusiya hərbçiləri də yer alıblar. “Dojd” televiziyası artıq “Patriot”un öz nüfuzuna görə, “Vaqner”i üstələdiyini bildirib.

Bundan öncə Orxan Camalın ölümündə əsas günahkarın “Vaqner” özəl hərbi şirkətinin olduğu bildirilmişdi.

Açar sözlər:

Oxunub: 1609