Rusiya Suriyaya "S-300" göndərilməsinə başladı


17:04     29 Sentyabr 2018 2018/09/s-300_1538214365.jpg

Rusiya hava müdafiə sistemləri "S-300"-lərin Suriyaya göndərilməsinin başlandığı bildirilib.

Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlama verib.

Lavrov dünənki mətbuat konfransında "S-300-lər Suriyaya gəlməyə başladı", - deyib. 24 sentyabrda Rusiya müdafiə naziri Sergey Şoyqu "İl-20" təyyarəsinin vurulmasından sonra Rusiyanın Suriyadakı əsgərlərinin təhlükəsizliyini artırmaq tədbirləri çərçivəsində "S-300"-lərin Suriyaya verilməsi də daxil olmaqla, bir sıra tədbir görəcəklərini bildirmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 1393