Nigeriyada insident - 18 nəfər ölüb


17:13     29 Sentyabr 2018 2018/09/1538201248_1538214884.png

Sentyabrın 28-də Nigeriyanın Plato ştatının paytaxtı Cos şəhərində baş verən silahlı hücum nəticəsində 18 nəfər ölüb.

Nəşrin məlumatına görə, naməlum silahlı şəxslər cümə axşamı axşam insanlara nizamsız atəş açıblar. Onlar hadisə yerində 14 nəfəri öldürüblər, daha 4 nəfər xəstəxanalarda keçinib.

Nəşrin yazdığına görə, hücam edənlər fulani xalqının nümayəndələri ola bilərlər.

Yerli hökumət nəşrə hadisəni təsdiq edib və vəziyyətin artıq nəzarət altında olduğunu bildirib .

Femida.az

Açar sözlər:

Oxunub: 1331