Bakıda Qarabağla bağlı mitinq keçirilir


15:50     29 Sentyabr 2018 2018/09/mitinq1-1_1538221917.jpg

Bakıda "Qarabağa azadlıq" adı altında mitinq keçirilir.


Femida.az xəbər verir ki, mitinq iştirakçıları Yasamal rayonundakı "Məhsul" stadionuna toplaşıblar.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Ardınca QAT sədri Akif Nağı çıxış edib.

O, beynəlxalq təşkilatlardan münaqişənin həllinə diqqət ayırmağı tələb edib. Bildirib ki, münaqişə sülh yolu ilə həll olunmasa, hərb yolu qaçılmazdır.

Hazırda mitinq çıxışlarla davam edir.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə keçirilən mintinqə icazə verib.

Femida.az

Açar sözlər:

Oxunub: 1590