Nyu-Yorkda 8 nəfəri öldürən edam edilə bilər


17:52     29 Sentyabr 2018 2018/09/15382-1538220539_1538221983.jpg

ABŞ Prokurorluğu Nyu-Yorkda terror aktı törətməkdə və 8 nəfəri öldürməkdə ittiham olunan Özbəkistan sakini Seyfullah Saipova edam cəzası tələb etməyi qərara alıb.


Femida.az TASS-a istinadən xəbər verir ki, Nyu-York ştatının federal məhkəməsinin qərarı ilə son ölüm cəzası 1953-cü ildə icra edilib.

Qeyd edək ki, 2017-ci il oktyabrın 31-də 30 yaşlı Saipov Nyu-York küçələrinin birində pikap avtomobilini yüksək sürətlə insanların üzərinə sürüb. İnsident nəticəsində 8 nəfər həyatını itirib. Sürücü polis tərəfindən yaralı vəziyyətdə həbs edilib. Seyfullah Saipov bu addımı İŞİD qruplaşmasının ideoloji təsiri altında atdığını bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 1474