"Qarabağa azadlıq!" mitinqində kimlər iştirak etdi? - Rəsmi
18:30 29 Sentyabr 2018
Bu gün bir sıra siyasi partiya və ictimai birlik rəhbərlərinin yaratdığı Qarabağ Komitəsi “Qarabağa azadlıq!” şüarı ilə Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib.
Femida.az xəbər verir ki, bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) rəsmi açıqlama yayıb.
Bildirilib ki, saat 15.00-dan 17.00-dək davam edən toplantıda Qarabağ Azadlıq Təşkilatı, Azərbaycan Xalq Partiyası, Klassik Xalq Cəbhəsi, Ümid, Milli Demokrat, Azərbaycan Liberal Demokrat, Gələcək Azərbaycan, Vətəndaş və İnkişaf, Vətəndaş Həmrəyliyi partiyaları, Ağ Partiyası, eləcə də Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyalarının üzvləri, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2000 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
Bu zaman ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.
Femida.az
Oxunub: 1709
Oxşar xəbərlər
- Qarabağa icazəsiz daxil olmaq istəyən şəxs saxlanılıb
- Qarabağa qayıdan kəndlilərə neçə sot torpaq veriləcək? - PREZİDENT AÇIQLADI
- Qarabağa qayıdış bu kəndlərdən başlayacaq (SİYAHI)
- Qarabağa qayıdışla bağlı sorğu keçirildi - NƏTİCƏLƏR
- Qarabağa qayıdışla bağlı onlayn-sorğu başa çatır
- Qarabağa investisiya qoymaq üçün 90-a yaxın sahibkar müraciət edib
- Qarabağa avtobus reysləri açılacaq
- Qarabağa qayıtmayanlar köçkün statusunu itirəcək - RƏSMİ
- Qarabağa yeni hərbi prokuror təyin edildi
- Qarabağa səyahət etmək istəyən əcnəbilərə XƏBƏRDARLIQ