Biləsuvarda daha 2 partlamamış sursat tapıldı
19:55 29 Sentyabr 2018
Biləsuvar rayonu, "Mahmudçala" ovçuluq təsərrüfatının ərazisində 2 ədəd partlamamış hərbi sursat aşkar olunub.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Femida.az-a verilən məlumata görə, sentyabrın 1-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 09:50-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Biləsuvar rayonu, "Mahmudçala" ovçuluq təsərrüfatının ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub.
Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə bu gün də baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 2 ədəd partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 6 200 kv.m əraziyə yerüstü baxış keçirilib.
27 gün ərzində ərazidə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 089 ədəd müxtəlif növ partlamamış hərbi sursat, 1 ədəd pnevmatik tapança, 1 ədəd AK-74 və 1 ədəd RPK-74 avtomatı aşkar olunub, 185 400 kv.m əraziyə yerüstü və 20 000 kv.m əraziyə isə yeraltı baxış keçirilib.
Ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Femida.az
Oxunub: 1092
Oxşar xəbərlər
- Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb
- Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb
- Biləsuvarda avtomobil qaz xəttinə çırpılıb, bir kənd qazsız qalıb
- Biləsuvarda toyda dava edənlər pəncərədən yerə yıxılıb
- Biləsuvarda qəza törədərək qaçan sürücünün şəxsiyyəti məlum olub
- Biləsuvarda yol qəzasında xəsarət alan şəxs ölüb
- Biləsuvarda Cəbrayıl sakini intihar edib
- Biləsuvarda kişi qonşusuna 8 bıçaq zərbəsi vurub
- Biləsuvarda 37 yaşlı kişi bıçaqlanıb
- Biləsuvarda traktor avtomobillə toqquşub, ölən var